27 Aprel 2024
Bakıda marşrut avtobusu AĞIR QƏZA TÖRƏTDİ - ÖLƏNLƏR VAR

Bakıda marşrut avtobusu AĞIR QƏZA TÖRƏTDİ - ÖLƏNLƏR VAR

25 Sentyabr 2023
Baxış: 533

Bu gün səhər saat 06:30 radələrində Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında qeydə alınıb. Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli marşrut avtobusu toqquşub.

Nəticədə “Opel Astra”nın sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.