29 Aprel 2024
Bakıda avtomobilin vurduğu piyada reanimasiyaya yerləşdirildi

Bakıda avtomobilin vurduğu piyada reanimasiyaya yerləşdirildi

28 Oktyabr 2021
Baxış: 453

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, paytaxtın Xətai rayonunun “Ukrayna dairəsi”ndə avtomobil yolu keçən 1955-ci il təvəllüdlü İsgəndərova Xanım Kazım qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.