09 May 2024
Bakıda, Albert Aqarunovun adına olan məktəb yenidənqurma işlərindən sonra açılıb

Bakıda, Albert Aqarunovun adına olan məktəb yenidənqurma işlərindən sonra açılıb

08 Sentyabr 2020
Baxış: 2170

7 sentyabr tarixində Bakıdakı Milli Qəhrəman Albert Aqarunovun adına 154 saylı orta məktəb yenidənqurma işlərindən sonra açılışı olub.

ajmedia.info xəbər portalının məlumatına görə, bu barədə məktəbin direktoru Əli Əliyev STMEGI-yə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev yenidənqurmadan sonra məktəbin açılış mərasimində iştirak edib.

“Tikinti işləri yüksək səviyyədə, müasir standartlara uyğun aparılıb. Yenidənqurma işlərindən əvvəl məktəb təxminən 470 şagird üçün nəzərdə tutulmuşdu, amma əslində buradakı şagird sayı təxminən 650 nəfər idi. Yenidənqurma işlərindən sonra məktəbin tutumu 960 şagirddir, sinif otaqlarının sayı artmışdır - 59 (əvvəllər 17 sinif var idi) ”deyə A.Əliyev bildirib.