29 Aprel 2024
Bakıda AKSİYA: "Quru sərhədlər açılsın!"

Bakıda AKSİYA: "Quru sərhədlər açılsın!"

20 İyul 2022
Baxış: 475

Bakıda Nazirlər Kabineti qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya keçirilir.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər canlı yayımlanır.


Qeyd edək ki, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu iyul ayının 20-si saat 12:00-da Nazirlər Kabinetinin binası qarşısında “Quru sərhədləri açın” tələbilə dinc etiraz aksiyası keçiriləcəyini bildirib.


Xatırladaq ki, Daxili İşlər Nazirliyi iyulun 20-də Nazirlər Kabinetinin önündə aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.