28 Aprel 2024
Bakıda 16 mərtəbəli binada YANĞIN: Vətəndaşlar, FHN işçiləri və polislər yaralandı - VİDEO

Bakıda 16 mərtəbəli binada YANĞIN: Vətəndaşlar, FHN işçiləri və polislər yaralandı - VİDEO

20 İyul 2021
Baxış: 550

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 5 nəfər xəsarət alıb.

AJMEDİA.İNFO-nun report-a istinadən məlumatına görə, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.

Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsi olmadığı bildirilir.

Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyatı qurumların nümayəndələri ilə birlikdə bir sıra vətəndaşları xilas ediblər.

Yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən üç nəfər təhlükəsiz əraziyə təxliyə olunub.