Bu bürclər mayda PUL İTİRƏCƏKLƏR - XƏBƏRDARLIQ!
dünən 18:00Bakı metrosunda PROBLEM YARANDI: Sakinlər tuneldə qalıb - RƏSMİ AÇIQLAMA
30 İyul 2021
Baxış: 703
"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.
AJMEDİA.İNFO xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.
Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.
Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.
"Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur", - o qeyd edib.
***
"Metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub".
Bunu AJMEDİA.İNFO-ya Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.