29 Aprel 2024
“Azərsu”yun daha bir əməkdaşı iş yerində İNTİHAR ETDİ

“Azərsu”yun daha bir əməkdaşı iş yerində İNTİHAR ETDİ

28 May 2021
Baxış: 750

Saatlı rayonunda intihar hadisəsi baş verib.

AJMEDİA.info xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.(report)