27 Aprel 2024
Azərbaycanlı generalın qızlarının Londondakı restoran biznesi - ÜNVAN + FOTOLAR

Azərbaycanlı generalın qızlarının Londondakı restoran biznesi - ÜNVAN + FOTOLAR

26 Dekabr 2022
Baxış: 1311

Londonda Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarına məxsus bahalı restoran fəaliyyət göstərir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli Facebook hesabında məlumat verib.

O, restoranın fotolarını paylaşaraq aşağıda sözləri yazıb:

"Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Bahalı restoranın sahibləri Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır. Restoran Londonda fəaliyyət göstərən iki şirkət - "FOLEY'S RESTAURANT LIMITED" və onun törəməsi olan "LONDON GASTRONOMY GROUP LTD" tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib".(sfera.az)

İnci