28 Aprel 2024
Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi: "Vəziyyəti yaxşı deyil..." - FOTO

Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi: "Vəziyyəti yaxşı deyil..." - FOTO

29 Avqust 2022
Baxış: 484

Azərbaycanın Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Report"a aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti pisləşib və vəziyyəti yaxşı deyil:

"Hazırda xəstəxanadayıq. Müayinələri hələ ki, tam bitməyib. Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik".

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Sevdiyi qadın yanında öldü, məşhur aktrisaya qadağa qoydu, xanımının  vəsiyyətinə əməl etmədi – “Yeddi oğul istərəm”in Cəlalı haqqında  bilmədiklərimiz...