28 Aprel 2024
Azərbaycanın Xalq artisti Putinə teleqram vurdu: "Yazdım ki, xəyanət..."

Azərbaycanın Xalq artisti Putinə teleqram vurdu: "Yazdım ki, xəyanət..."

14 Oktyabr 2021
Baxış: 547

Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov Rusiya Prezidenti Vladimir Putinə teleqram vurub.

AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətkarın özü məlumat verib.

Sənətkar teleqramda Rusiya Prezidentinə ermənilərin xəyanətindən söz açdığını vurğulayıb:

“Yazdım, cənab Putin, bizə 200 ildir olan-olub. Növbəti erməni xəyanəti Rusiyada olacaq, görün ermənilər rusların başına nə oyunlar açacaq”.

Rejissor hesab edir ki, bu gün yaltaq politoloqların müşahidələrinə, fikirlərinə aldanmaq olmaz:

“Onlardan bir şey çıxmayıb. Bu gün Azərbaycanda müharibəni, iqtisadiyyatı, siyasəti, ideologiyanı aparan bir şəxs var – o da Prezident İlham Əliyevdir, vəssalam”.