09 Avqust 2022

Azerbaijan, Baku

25°C/31°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

“Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda IX-cu Regional konfrans keçirildi - FOTOLAR

“Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda IX-cu Regional konfrans keçirildi - FOTOLAR

25 İyun 2022
Baxış: 173

24 may 2022-ci il tarixdə Şəki şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə “Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda IX-cu Regional konfrans keçirildi. Konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak etdi.

AJMEDIA,INFO xəbər verir ki, “Yeni Gündəm”-in məlumatına görə, konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələri müzakirə edərək Azərbaycan oftalmologiyasının həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdan ibarətdir.

Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Prof. Elmar Qasımov açdı və konfransın keçirilmə məqsədindən, oftalmologiyanın inkişafı ilə bağlı görüləcək işlərdən bəhs etdi.

Konfransda həmçinin prof. Kərəm Kərimov, prof. Paşa Qəlbinur, t.e.d. Namazova Hicran, t.e.d. Nazilə Rüstəmova, AOC-un elmi katibi dr. Ceyhun Nəzərli, Dr Xəlil Hüseynov, ADMO-nun sədri dr Emin Əlihüseynli iştirak edirdi.

Konfransda AOC-un sədr müavini, t.ü.f.d. Abdıyeva Yazgül tərəfindən “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5 illik fəaliyyəti və gələcək planları” mövzusunda çıxış səsləndirildi.

Çıxışların davamı olaraq t.ü.f.d. Həsənova N.A. tərəfindən “Səki-Zaqatala iqtisadı rayonunda pediatrik patologiyaya dair” , Məmmədova G.N. tərəfindən “Şəki rayonunda oftalmoloji xidmətin dünəni və bu günü”, Quliyev F.N. tərəfindən “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının fəaliyyətinə dair”, Həsənov C.V. tərəfindən “Azərbaycanda buynuz qişanın transplantasiyasına səbəb olan patoloji hallar”, Məmmədova L.A. tərəfindən “Bizim Şəki şəhərində çəpgözlük ilə olan müşahidələrimiz və müalicələrimiz”, Həmidov E.E. tərəfindən “Şəki rayonunda daha çox rast gəlinən göz dibi patologiyasına dair”, Abdullayev V.R. tərəfindən “2020-2022 çi illər ərzində Şəki Rayon Mərkəzi Xəstəxanasına görmə orqanı zədələri ilə olan müraciyyətlərin klinik-statistik analizi”, İbadov S.Ə. tərəfindən “Qlaukoma patologiyasının diqqətə layiq kliniki halları”, T.e.d. Mehdiyev T.V. tərəfindən “Diabet retinopatiyalarının aşkarlanması”, T.ü.f.d. Hacıyeva B.X. tərəfindən “Şəki-Zaqatala iqtisadi rayonu əhalisinin oftalmoloji yardıma olan tələbatı”, T.ü.f.d. Əfəndiyeva M.E. tərəfindən “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin WETLAB kursunun oftalmoloqların təkminləşdirilməsində rolu”, T.ü.f.d. Əliyev X.D. tərəfindən “Torlu qişa xəstəliklərində optik koherent tomoqrafiya müayinəsinin əhəmiyyəti”, Pirmətov M.N. tərəfindən “Qlaukoma patologiyasının cərrahi müalicəsinə səbəb olan amillər”, T.ü.f.d. Hacıyeva N.R. tərəfindən “Çəpgözlük probleminin həlli”, İbrahimova S.N. tərəfindən “Qlaukomanın müasir diaqnostikasının və monitorinqinin praktiki əhəmiyyəti”, Bayramova H.O. tərəfindən “Uşaqlarda göz travmaları və fəsadlara səbəb olan amillər”, Əkbərova A.T. tərəfindən “Azərbaycanda vaxtından əvvəl doğulmuşların retinopatiyası problemi və onun həlli” kimi məsələlər müzakirə edildi.

Daha sonra prof. Elmar Qasımov tərəfindən 2020-2021-cil il tarixlərdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin keçirdiyi vebinarlarda, konfranslarda fəal iştiraklarına görə Türkiyədən olan alimləri-
1. TOD’un Onursal Başkanı Op.Dr. Sunay Duman
2. Prof. Dr. Süleyman Kaynak
3. Prof. Dr. Öner Gelişken
4. Prof. Dr. Seyhan Bahar Özkan
5. Doç. Dr. Pelin Kaynak
6. Prof. Dr. Bengü Ekinci Köktekir
7. Prof. Dr. Levent Karabaş
8. Prof. Dr. Ilgaz Yalvaç
9. Prof. Dr. Yonca Aydın Akova
10. Prof. Dr. Atilla Bayer
11. Prof. Dr. Dilek Dursun Altınörs
12. Pof. Dr. Nilüfer Koçak
13. Prof. Dr. Sibel Kadayıfçılar
14. Prof. Dr. Uğur Acar
15. Prof. Dr. Züleyha Yalnız Akkaya
16. Doç. Dr. Banu Solmaz fəxri fərmanlar təyin olunması qeyd olundu.

Bunun davamı olaraq 44 günlük müharibədə iştirak etmiş həkimlərə “Əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyətinə görə” fəxri fərmanları ilə təltif olundular.

Konfransda mütəxəssislər tərəfindən, öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar, Cəmiyyətin onlara qazandırdığı biliklər müzakirə edildi.

Suallar və təkliflər səsləndirildi.