29 Aprel 2024
Azərbaycanın qonşu ölkələrində və dünyada uşaqlara verilən müavinətlər

Azərbaycanın qonşu ölkələrində və dünyada uşaqlara verilən müavinətlər

20 İyun 2023
Baxış: 513

Məlumat üçün bildirək ki, Azərbaycanda "uşaq pulu" sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan "uşaq pul"unun verilməsi dayandırılıb. Bundan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Bəzi fikirlərə görə, gəliri yüksək olan ailələrin "uşaq pulu"na ehtiyacı yoxdur. Amma digər qrup bunun əleyhinə çıxır və uşaqlı bütün ailələrin dövlətin bu dəsətyindən yararlanmalı olduğunu bildirir.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycanda yeni doğulan körpələrə yalnız doğulanda bircə dəfə birdəfəlik 200 manat müavinət verilir. Əksər dövlətlərdə uşaqlara həm də aylıq müavinət ayrılır. Xatırladaq ki, dünyanın müxtəlif ölkələrində əhali artımını yüsəltmək məqsədi ilə hər yeni dünyaya gələn uşağa müavinət ödənilir.

Bu yaxınlarda "Save the Children" şirkəti uşaqpulu verən ölkələrin siyahısını hazırlayıb.

Almaniyada "uşaq pulu", 18 yaşına qədər aylıq ödənilir. Yaş həddi 21 yaşa qədər də ola bilər. Əgər bir yeniyetmə Avropa ölkələrinin rəsmi məşğulluq xidmətləri vasitəsilə iş tapa bilmirsə və ya 25 yaşına qədər əlillik halında olarsa, müavinət ala bilir. Almaniyada birinci və ikinci uşaq üçün ayda 192 avro müavinət verilir, üçüncü uşağa 198 avro, dördüncü və sonrakı uşaqlara isə 223 avro ödənilir.

Norveçdə 18 yaşa qədər uşaqlara ayda 150 avro ödənilir.

Fransada uşaq doğuşuna görə valideynələrə 927 avro birdəfəlik müavinət, övladlığa götürənlərə isə 1855 avro verilir. Sonra üç il ərzində valideynlərə onların gəlirlərinə görə 92 avrodan 185 avroya qədər aylıq müavinət ödənilir. Uşaq ailənin ilkidirsə, bu müddətin sona çatmasından sonra ödənişlər ləğv edilir. Lakin ailədə digər uşaq dünyaya gəlibsə, iki uşağa ayda 130 avro, üç uşağa 297, dörd uşağa 464 avro, 21 yaşa çatana qədər ödənilir.

ABŞ-da uşaqların doğuşu üçün xüsusi ödənişlər təmin edilmir, lakin valideynlərə hər bir uşağa görə maksimum 1000 dollar vergi istisnaları verilir.

Böyük Britaniyada "uşaq pulu" 16 yaşına çatana qədər verilir, əgər uşaq təhsil alırsa, ödənişlər 20 yaşa qədər uzadılır. İlk və ya tək uşaqlar üçün valideynlər həftədə 20,7 funt alırlar, sonrakılar üçün isə 13,7 funt ödənilir.

Hindistanda 14 yaşa qədər olan uşaqlara ayda 100 dollar ödənilir.

Qazaxıstanda da uşaqlara sosial müavinət verilir. Belə ki, 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır.

Rusiyada Vladimir Putinin göstərişi ilə 2018-ci il yanvarın 1-dən hər yeni doğulan körpə 1il 6 ay müddətində aylıq müavinət alır. Bu, orta hesabla 10,5 min rubl təşkil edir. Prezident deyib ki, 3 il ərzində bu rəqəm 114,5 milyard rubl vəsait aparacaq.

Türkiyədə bu günlərdə yeni proqram qəbul olunub. Hər doğulan uşağın adına banklarda hesab açılacaq. 18 yaşa qədər hər uşağın bank hesabına ayda 55 lirə ödəniləcək. Latviyada 20 yaşa qədər uşaqlara ayda 14 dollar ödənilir.

Özbəkistanda 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir.

Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan körpələrin valideynlərinin 20 min dollar həcmində kreditləri silinir, həmçinin yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Həmçinin, körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar pul verilir.

Küveytdə isə valideynlərə övlad olmamışdan qabaq 240 min dollar kredit götürmək imkanı yaradılır. Körpə doğulan kimi həmin məbləğin 20 min dolları silinir. Yeni doğulan körpə üçün bankda 3 min dollarlıq hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur.

Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10 min dollar arası birdəfəlik vəsait təqdim edilir. Bunlar aylıq ödəmədən başqa dərhal uşağın bank hesabı açılır və minimum 7000 avro pul keçilir. Və 18-yaşına kimi heç kim toxuna bilmir. Yalnız uşağın özü istifadə edə bilir.

ajmedia.info