27 Aprel 2024
“Azərbaycanın imkanı çoxdur, buna görə də Rusiya…” – Erməni ekspert

“Azərbaycanın imkanı çoxdur, buna görə də Rusiya…” – Erməni ekspert

13 İyul 2021
Baxış: 549

Qaragölə Ermənistanın və ya Azərbaycanın nəzarət etməsi Rusiyanı maraqlandırmır.

AJMEDİA.İNFO xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

“Ruslar neçə kvadrat kilometrə kimin sahib olması ilə maraqlanmırlar. Ruslara Qaragölün kimdə olması da maraqlı deyil. Həmin tərəf istəyir Ermənistan olsun, istəyir Azərbaycan – bunun fərqi yoxdur. Bütün bunlar onları maraqlandırmır. Onlar müəyyən bir xətt boyunca sabitlikdə maraqlıdırlar”, - ekspert bildirib.

İsgəndəryanın sözlərinə görə, hazırda bölgədə üstünlük Azərbaycanın tərəfində olduğu üçün Rusiya onun maraqlarını nəzərə alır:

“İrəvanın təzyiq göstərmək üçün müəyyən mənbələri və sərhədlərin onun xeyrinə müəyyənləşdirilməsi ilə bağlı tələbləri olsaydı, o zaman bu maraqların nəzərə alınacağını düşünmək olardı. Amma indi bunun əksini görürük. Azərbaycan belə mənbələrə malikdir, Ermənistanın isə bu kimi imkanları yoxdur”.(teleqraf.az)