29 Aprel 2024
Azərbaycanın Əməkdar artisti gəncləşmək üçün bıçaq altına yatdı - VİDEO

Azərbaycanın Əməkdar artisti gəncləşmək üçün bıçaq altına yatdı - VİDEO

24 Avqust 2022
Baxış: 371

Əməkdar artist Nüşabə Ələsgərli estetik əməliyyat etdirib.

AJMEDİA.İNFO xəbər verir ki, ifaçı bıçaq altına yataraq göz ətrafı qırışlarından xilas olub. Qaş qaldırma əməliyyatı keçirən sənətçi ona kompleks yaradan buxağından da azad olub.

Xatırladaq ki, Ələsgərlinin üzündə etdirdiyi dəyişikliklər iki həftə sonra öz nəticəsini verəcək.

Bu Əməkdar artistin ilk plastik əməliyyatı deyil. O, bundan əvvəl artıq liposaksiya etdirərək artıq çəkilərindən azad olub.

(baku.ws)