27 Aprel 2024
Azərbaycanda yeni növ narkotik peyda olub

Azərbaycanda yeni növ narkotik peyda olub

22 Avqust 2021
Baxış: 807

"Bazarda yeni növ narkotiklər peyda olub və asanlıqla insanlarda bunlara vərdiş yaranıb. Onların fəsadları da ağırdır və insanlar tez zamanda aludə olub, ağırlaşır və həyatlarını itirir".

Bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real Tv-yə müsahibəsində deyib. O bildirib ki, belə şəxslərə ailə üzvləri dəstək olmalı və tez zamanda müalicə olunmalıdırlar.

"Bizim tabeliyimizdə olan bütün müəssisələrdə keyfiyyətli müalicə tətbiq olunur. Yüzlərlə insan bu bəladan qurtulub reabilitasiya dövrünü yaşayır". (Azvizion.az)