29 Aprel 2024
Azərbaycanda YENİ CƏRİMƏLƏR - Milli Məclis qəbul etdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR - Milli Məclis qəbul etdi

05 May 2022
Baxış: 690

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqanının (vəzifəli şəxsin) tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsinə görə yeni cərimə müəyyənləşir.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan qaldırılmasına dair səlahiyyətli orqanının (vəzifəli şəxsin) tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün səlahiyyətli orqanına (vəzifəli şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik törədilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.