29 Aprel 2024
“Azərbaycanda Türkiyədəki seçkilərdə BU PARTİYANI dəstəkləyənlər nəzarətdə saxlanılsın” – Sabir Rüstəmxanlı

“Azərbaycanda Türkiyədəki seçkilərdə BU PARTİYANI dəstəkləyənlər nəzarətdə saxlanılsın” – Sabir Rüstəmxanlı

02 May 2023
Baxış: 322

"Azərbaycanda Türkiyədəki prezident seçkilərində "Halkların Demokratik Partisi"ni (HDP) dəstəkləyənlər nəzarətdə saxlanmalıdır".

AJMEDİA.İNFO xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı çıxış edib. O, bundan əvvəl də Azərbaycanda yaşamış Türkiyə vətəndaşlarının HDP-ni dəstəklədiyini deyib.

"Dəqiq xatırlamıram, amma bundan əvvəl ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının üçdə biri HDP-ni dəstəkəlmişdi. Ona görə indi təklif edirəm ki, HDP-çiləri dəstəklələyn kəsimi bizim hüquq-mühafizə orqanları nəzarətdə saxlasın", - millət vəkili fikrini yekunlaşıdırıb.(Sfera.az)