29 Aprel 2024
Azərbaycanda TRT-1-in yayımı DAYANDIRILDI, Rusiya kanalı yayımlanır - SƏBƏB

Azərbaycanda TRT-1-in yayımı DAYANDIRILDI, Rusiya kanalı yayımlanır - SƏBƏB

10 Yanvar 2022
Baxış: 610

“ATV plus” televiziya operatoru vasitəsilə ölkəmizdə yayımlanan Türkiyənin TRT-1 kanalının yayımı dünəndən etibarən dayandırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Axar.az-a “ATV plus” abonentləri məlumat verib.

Bildirilib ki, hazırda sözügedən kanalın tezliyində Rusiyanın “RTR Planeta” kanalı yayımlanır.

“ATV plus”dan bildirilib ki, TRT-1 kanalının yayımı Bakı Televiziya Qülləsi tərəfindən dayandırılıb. Əvəzində yeni bir kanal yayımlanmır.

Milli Televizya və Radio Şurasının Yayım və texniki şöbəsindən verilən məlumata görə, TRT-1-in Bakı təmsilciliyi ilə bağlanan müqavilənin vaxtı bitib. Müqavilə yeniləndiyi vaxt kanalın yayımı bərpa olunacaq.

TRT-1-in Bakı təmsilciliyindən saytımıza bildirilib ki, sözügedən müqavilənin nə vaxt yenilənəcəyi hələ bəlli deyil:

“Kanalın yayımı işğaldan azad olunmuş ərazilərdə də bərpa olunacaq. Yayımla bağlı bütün məsələlərə baxılacaq. Bu səbəbdən yeni müqavilə barədə hələ ki, Ankaradan Bakı təmsilciliyinə məlumat verilməyib”.