27 Aprel 2024
Azərbaycanda tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO

06 Sentyabr 2021
Baxış: 738

Şəkidə həkim koronavirusun qurbanı olub.

AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib.

Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub.