27 Aprel 2024
Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə KÜÇƏYƏ ATILDI - VİDEO

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə KÜÇƏYƏ ATILDI - VİDEO

29 Mart 2024
Baxış: 299

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, “Quran”ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat verib.

Qonşuları bildirib ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.

Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.

Fazil İsmayılov Yenisabah.az-a açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu “faciə” adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.

Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.