09 May 2024
Azərbaycanda ŞOK HADİSƏ: Qazi canlı yayımda damarlarını KƏSDİ

Azərbaycanda ŞOK HADİSƏ: Qazi canlı yayımda damarlarını KƏSDİ

05 Avqust 2021
Baxış: 891

Canlı yayında intihara cəhd edən qazi Bəhram Nuriyev xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Musavat.com-a açıqlamasında deyib.

Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumat əldə etdikdən dərhal sonra həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Bəhram Nuriyevin yeri müəyyən edilib.

DİN rəsmisi bildirib ki, B.Nuriyev polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Nuriyev bir neçə dəqiqə əvvəl özünün Feysbuk səhifəsindən açdığı canlı yayımda damarlarını kəsib. O, səhhətində yaranan problemlə bağlı aidiyyəti qurumların doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın ədalətsizlik olduğunu bildirib.