28 Aprel 2024
Azərbaycanda şagirdlərə "Xamenei mahnısı" öyrədilir - VİDEO

Azərbaycanda şagirdlərə "Xamenei mahnısı" öyrədilir - VİDEO

28 İyun 2022
Baxış: 460

Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagirdlərə İranın Ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirilib.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib.

Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ barədə açıqlama veriləcək.

Teqlər: Xamenei