27 Aprel 2024
Azərbaycanda qazdan istifadə qaydaları DƏYİŞDİ - QƏRAR

Azərbaycanda qazdan istifadə qaydaları DƏYİŞDİ - QƏRAR

04 Aprel 2022
Baxış: 586

Azərbaycanda "Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Yeni qərara görə, qaz qurğularına texniki baxış üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib. Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi sənədlərlə yanaşı ərizə də təqdim edilməlidir.

Bundan əlavə, həmin qaydalar edilən əlavəyə görə, Enerji Məsələləri Tənzimlənmə Agentliyinə sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə etmək səlahiyyəti verilib.

Bu mümkün olmadığı halda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.