29 Aprel 2024
Azərbaycanda postlar qurulub giriş-çıxış QADAĞAN EDİLƏN rayonla bağlı YENİ XƏBƏR

Azərbaycanda postlar qurulub giriş-çıxış QADAĞAN EDİLƏN rayonla bağlı YENİ XƏBƏR

11 İyul 2022
Baxış: 398

Şabrandakı yanğınla əlaqəli bağlanan yol açılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.


Qeyd olunub ki, ötən gün Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti istiqaməti müvəqqəti dəyişdirilmişdi: "Paytaxtdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilmişdi. Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də paytaxt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib. Hazırda qeyd edilən ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib".

Qeyd edək ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilmiş və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilmişdi. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulmuş və giriş-çıxış məhdudlaşdırılmışdı.