29 Aprel 2024
Azərbaycanda polkovnik VƏFAT ETDİ - FOTO

Azərbaycanda polkovnik VƏFAT ETDİ - FOTO

06 Dekabr 2022
Baxış: 504

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, o, bu gün səhər saatlarında 49 yaşında ürəktutmasından dünyasını dəyişib.

E.Kərimov Şamaxı rayonunun Bəklə kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki E.Kərimov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, uzun müddət Azərbaycan Ordusunda xidmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.