29 Aprel 2024
Azərbaycanda məşhur müğənninin ürəyi tutdu - Xəstəxanaya yerləşdirildi + FOTO

Azərbaycanda məşhur müğənninin ürəyi tutdu - Xəstəxanaya yerləşdirildi + FOTO

29 Avqust 2022
Baxış: 465

Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub.

Təcili Tibbi Yardım ilkin müayinədən sonra müğənni xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az-ın məlumata görə, sənətçinin meneceri Paşa bildirib ki, Ş. Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:

"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik ürək döyüntüsü artıb. Gördük vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".