27 Aprel 2024
Azərbaycanda itkin düşmüş biznesmenin MEYİTİ TAPILDI

Azərbaycanda itkin düşmüş biznesmenin MEYİTİ TAPILDI

12 Dekabr 2022
Baxış: 601

Hacıqabul rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, dekabrın 8-i axşam saatlarında rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Fərhad oğlu Məmiyev itkin düşüb. Hacıqabul şəhərində yaşadığı mənzili tərk edən 36 yaşlı iş adamı bir daha geri qayıtmayıb.

Dekabrın 11-i günorta saatlarında Z.Məmiyevin meyiti sahibi olduğu və Ağacanlı kəndində yerləşən fermanın ərazisində asılmış vəziyyətdə aşkar edilib. Onun özünü asaraq intihar etdiyi bildirilib.


Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.(qafqazinfo)