29 Aprel 2024
Azərbaycanda itkin düşən hindistanlı turistin atasının da başına Zaqatalada İŞ GƏLDİ

Azərbaycanda itkin düşən hindistanlı turistin atasının da başına Zaqatalada İŞ GƏLDİ

10 İyun 2022
Baxış: 1399

Zaqatalada itkin düşən hindistanlı turistin atasının başına iş gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, ötən gün oğlunun axtarışlarına qoşulan Purna Chandra Rao Kondaveeti dağdan enərkən leysana düşüb. Nəticədə çaya yıxılan Chandra Rao Kondaveetinin ayaqqabılarını sel aparıb. Axtarış qrupunun üzvləri çətinliklə də olsa onu sağ-salamat qaldığı otelə çatdırıblar.

Onu da qeyd edək ki, ötən gün aparılan axtarışlar da heç bir nəticə verməyib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb, qasırğa və güclü küləklə müşayiət olunan leysan yağıb.

Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi mayın 12-də Zaqatala rayonunda otellərdən birindən dağa getmək adı çıxıb və geri qayıtmayıb.

O yoxa çıxandan dərhal sonra atası və qardaşı Dharan Kondaveeti Zaqatalaya gəliblər.

Ailəsi onu tapan şəxsə böyük məbləğdə pul mükafatı vəd edib.(Lent.az)