29 Aprel 2024
Azərbaycanda hərbçi yol qəzasında ÖLDÜ - VİDEO

Azərbaycanda hərbçi yol qəzasında ÖLDÜ - VİDEO

02 Avqust 2023
Baxış: 322

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində 20-DX-032 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Tovuz rayon sakini Ceyhun Ağarzayev və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib.

1961-ci il təvəllüdlü Faxrəddin Bədirov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.