29 Aprel 2024
Azərbaycanda federasiya beş ildir, boş qalan posta təyinat gerçəkləşdirdi - FOTO

Azərbaycanda federasiya beş ildir, boş qalan posta təyinat gerçəkləşdirdi - FOTO

29 Dekabr 2021
Baxış: 609

Azərbaycan Stolüstü Tennis Federasiyasına yeni baş katib təyin olunub.

AJMEDİA.İNFO xəbər verir ki,federasiyanın İcraiyyə Komitəsinin iclası keçirilib.

İcraiyyə Komitəsinin qərarına əsasən Könül Mikayılova federasiyanın baş katibi təyin edilib.

Qeyd edək ki, K.Mikayılova 1984-cü ildən stolüstü tennislə məşğul olub. Milli yığma komandanın üzvü olub, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 1997-2000-ci illərdə Suraxanı UGİM-də, 2000-2014-cü illərdə “Neftçi” İSM-də (indiki “Neftçi” İdman Klubu) məşqçi işləyib.

Stolüstü Tennis Federasiyasında 2009-cu ildən fəaliyyət göstərən Könül Mikayılova daha əvvəl təlimatçı və idman şöbəsinin müdiri vəzifəsində işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakim olan K.Mehdiyeva Avropa Stolüstü Tennis İttifaqının Gender Bərabərliyi Komitəsinin də üzvüdür.

Xatırladaq ki, iki gün əvvəl Baş nazirin müavini Şahin Mustafayev növbəti 4 il müddətinə bu federasiyanın prezidenti seçilib. Federasiyanın əvvəlki baş katibi Səbuhi Mehdizadə olub. O, 2016-cı ildən qurumun vitse-prezidenti təyin olunduqdan bəri, bu postda işləyən olmayıb.