09 May 2024
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Kişi boşanma ərəfəsində 20 yaşlı arvadını QƏTLƏ YETİRDİ - VİDEO

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Kişi boşanma ərəfəsində 20 yaşlı arvadını QƏTLƏ YETİRDİ - VİDEO

05 May 2023
Baxış: 307

Ötən gün Tərtər rayonunda 20 yaşlı Leyla Məhərrəmova əri tərəfindən qətlə yetirilib. 23 yaşlı Sahib Əlizadə arvadına kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb.

AJMEDİA.İNFO xəbər verir ki, Xəzər TV hadisənin baş verdiyi evdə olub. Qonşuları bildirib ki, S. Əlizadə həyat yoldaşının atasının evinə gedərək onu həyətyanı sahəyə çağırıb. Aralarında düşən mübahisədən sonra onu qətlə yetirib.

Qohumlarının məlumatına görə, cütlük boşanma ərəfəsində olub. S. Əlizadə həmçinin qayınanasına da bıçaq xəsarətləri yetirib: “Qızın anasını da bıçaqla vurub, qolundan yaralayıb. Hadisə ailə münaqişəsi səbəbindən baş verib. İşləri məhkəməyə düşmüşdü, amma hələ ki boşanmamışdılar”.

Qeyd edək ki, Rayon prokurorluğundan hadisənin ötən gün saat 12 radələrində baş verdiyi bildirilib. Faktla bağlı cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutulub, istintaq davam edir.