29 Aprel 2024
Azərbaycanda bu universitetdə YOXLAMA APARILIR

Azərbaycanda bu universitetdə YOXLAMA APARILIR

15 Mart 2023
Baxış: 437

Naxçıvan Dövlət Universitetində yoxlamalara başlanılıb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, yoxlamalar ötən həftədən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir.

Kafedra və dekanlıqların iş prinsipləri, bölmələrin, şöbələrin iş fəaliyyəti, il ərzində görülən işlər və hesabatların yoxlaması aparılır.

Yoxlamaların nə vaxta kimi davam edəcəyi məlum deyil.