29 Aprel 2024
Azərbaycanda bu şəxslərin maaşları ARTIRILACAQ - RƏSMİ

Azərbaycanda bu şəxslərin maaşları ARTIRILACAQ - RƏSMİ

27 İyul 2022
Baxış: 449

“Azərbaycanda müəllimlərin əmək haqqı sistemi yenilənəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı artırılacaq:

“137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əmək haqqı sisteminə cəlb olunması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, əmək haqqının artımlarının qanunvericilikdə əks olunması sevindiricidir:

"Məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək. 3-5 ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq”.