27 Aprel 2024
Azərbaycanda bu şəxslər daha tez PENSİYAYA ÇIXACAQ - YENİ QANUN

Azərbaycanda bu şəxslər daha tez PENSİYAYA ÇIXACAQ - YENİ QANUN

16 Aprel 2022
Baxış: 498

Azərbaycanda 5 və daha çox uşağı övladlığa götürüb, onları 8 yaşınadək tərbiyə etmiş qadınlara, habelə 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum qadınlara da güzəştli şərtlərlə erkən pensiya hüququ veriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda 5 və daha çox uşağı doğub, onları 8yaşınadək tərbiyə etmiş qadınlara uşaq sayından asılı olmayaraq 5 il güzəştli şərtlərlə erkən pensiya hüququnun verilməsi təklif edilir.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bizim/Media