29 Aprel 2024
Azərbaycanda bir gündə 178 nəfər COVID-19-dan sağalıb, 112 nəfər yoluxub, vəfat edən olmayıb

Azərbaycanda bir gündə 178 nəfər COVID-19-dan sağalıb, 112 nəfər yoluxub, vəfat edən olmayıb

16 Avqust 2020
Baxış: 1281

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJM-ya verilən məlumata görə, son sutka ərzində koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 18 38 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.

Teqlər: Azərbaycan