27 Aprel 2024
Azərbaycanda baş məşqçi hakimə hücum etdi: Ağır cəza aldı - VİDEO

Azərbaycanda baş məşqçi hakimə hücum etdi: Ağır cəza aldı - VİDEO

29 Mart 2024
Baxış: 277

AFFA U-13 Liqasında çıxış edən “Azəri” komandasının baş məşqçisi Elşən Əliyevi futboldan kənarlaşdırıb.

AJMEDİA.İNFO xəbər verir ki, Milli assosiasiyanın İntizam Komitəsinin qərarına görə, mütəxəssisin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub.

Buna səbəb Gəncə təmsilçisinə rəhbərlik edən məşqçinin “Turan Tovuz”la matçda baş hakimi təhqir edib, referinin şərəf və ləyaqətini alçaltması olub. Qeyd edilib ki, baş məşqçi, həmçinin hakimi vurmağa da cəhd edib.

Yarımçıq dayandırılan görüşdə “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.