25 Sentyabr 2022

Azerbaijan, Baku

17°C/26°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Azərbaycanda arvad ərini döydü - KİŞİ BAĞIŞLADI

Azərbaycanda arvad ərini döydü - KİŞİ BAĞIŞLADI

22 Sentyabr 2022
Baxış: 163

Məhkəmə ərini döyən qadınla bağlı qərar verib.

AJMEDİA.İNFO xəbər verir ki, Qusarda kişi polis şöbəsinə müraciət edərək, həyat yoldaşı Solmaz (ad şərtidir) tərəfindən döyüldüyünü bildirib.

Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin sahə rəisi, polis mayoru tərəfindən Solmaz barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, ərini döymədiyini, əksinə əri tərəfindən döyüldüyünü bildirib. O, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxs isə həyat yoldaşı ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib. Zərərçəkmiş ər həyat yoldaşı barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə qərara gəlib ki, toplanmış sübutlarla Solmazın inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilib və törətdiyi əməl İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunur.

Sentyabrın 20-də hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə 20 gün inzibati həbs cəzası verilib. Məhkəmənin qərarına əsasən, onun cəzası həbs olunduğu gündən - 20 sentyabr tarixindən hesablanacaq.(qaynarinfo)