27 Aprel 2024
Azərbaycanda ardıcıl 5 gün İŞ OLMAYACAQ

Azərbaycanda ardıcıl 5 gün İŞ OLMAYACAQ

27 Mart 2024
Baxış: 279

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.