28 Aprel 2024
Azərbaycanda 690 bal toplayan tələbə YOL QƏZASINDA ÖLDÜ

Azərbaycanda 690 bal toplayan tələbə YOL QƏZASINDA ÖLDÜ

09 İyul 2021
Baxış: 553

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.

O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.