28 Aprel 2024
Azərbaycanda 3-cü doza vaksinin vurulmasına BAŞLANILDI - VİDEO

Azərbaycanda 3-cü doza vaksinin vurulmasına BAŞLANILDI - VİDEO

24 Avqust 2021
Baxış: 662

İki doza vaksin qəbul edənlər altı aydan sonra üçüncü dozanı da qəbul edə bilərlər.

AJMEDİA.İNFO xezerxeber.az-a istinadən xəbər verir ki, Baş infeksionist Təyyar Eyvazov bildirib ki, ilk dozalardan əldə edilən immunitetin daha uzunmüddətli olması məqsədilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanıb.

Ölkəmizdə də ilkin mərhələdə bir sıra kateqoriyadan olan insanların üçüncü doza vaksin qəbul etmələri vacib sayılır. Xroniki xəstəlikləri olan və yaşlı insanların üçüncü doza vaksini vurdurmaları tövsiyə olunandır.

Baş infeksionist bildirib ki, 3-cü doza vaksinin hansı firmanın istehsalı olmasında heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar istədikləri firmanın vaksinini vurdura bilərlər.

O vurğulayıb ki, peyvəndlərin təhlükəsizliyi ilə əlaqədar narahatlığa əsas yoxdur.