29 Aprel 2024
"Azərbaycana müvəqqəti qələbə verilib, ermənilər öz sözünü deyəcək" - ÇAVUŞYAN

"Azərbaycana müvəqqəti qələbə verilib, ermənilər öz sözünü deyəcək" - ÇAVUŞYAN

03 Sentyabr 2021
Baxış: 550

“Onlara müvəqqəti bir qələbə hədiyyə edildi. Amma onlar başa düşürlər ki, bu uzun müddətli deyil”.

AJMEDİA.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunu qondarma separatçı rejimin icma rəhbəri Andranik Çavuşyan deyib.

Çavuşyan sərsəm fikirlərini belə davam etdirib: “İndi onlara müvəqqəti qələbə verilib. Amma onlar bunu qoruyub saxlaya bilməyəcəklər. Bilirlər ki, bu uzun müddətli deyil, ermənilər öz sözünü deyəcək”.

Daha sonra erməni icma rəhbərinin dedikləri öncəki fikirləri ilə demək olar ki, üst-üstə düşməyib və boş söz yığını olduğunu sübuta yetirib: “Biz “Artsax” Ermənistandır deyirik, lakin əksini edirik, onu Ermənistandan ayırırıq. Sonra da deyirik ki, o tərəfdə də Azərbaycandır. Açıqlamalarımız uyğun gəlmir. Müdafiə naziri cəsarətli açıqlamalar verir, lakin yenə də Arazdəyən (Yerasx) ərazisində bir əsgərimiz həlak olub., azərbaycanlılar yolu bir neçə hissədən bağlayıb. Bəs müqavimət haradadır? Belə davam etsə onlar Göyçə gölünə və İrəvana çatacaqlar, niyyətlərini də gizlətmirlər”.

Özü-özünü inkar edən Çavuşyanın dedikləri ermənilərin çarəsiz durumda və qorxu içərisində olduğunu bir daha sübuta yetirir.(konkret.az)