27 Aprel 2024
Azərbaycan Yəhudi Media Mərkəzi: Dünya, işğalçı Ermənistana öz siyası təzyiqlərini göstərməlidir
Azərbaycan Yəhudi Media Mərkəzi: Dünya, işğalçı Ermənistana öz siyası təzyiqlərini göstərməlidir

Azərbaycan Yəhudi Media Mərkəzi: Dünya, işğalçı Ermənistana öz siyası təzyiqlərini göstərməlidir

15 İyul 2020
Baxış: 920

Ermənistanla Azərbaycan arasındakı sərhəddəki atəş və bir neçə gün ərzində hər iki tərəfdən itki Ermənistan-Azərbaycan münaqişəsinin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu barədə Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri Nəsimi Əbilov bildirib.

Bir neçə gündür ki, Ermənistanla Azərbaycan arasındakı sərhədə ağır hərbi texnikanın tətbiqi ilə atışmalar davam edir. Yalnız Azərbaycan tərəfində ölənlərin sayı, son rəsmi məlumatlara görə, 11 nəfər, Ermənistan tərəfində isə bu daha çox olduğu söylənilir. Ölənlər arasında - yüksək rütbəli bir azərbaycanlı generalı da var.

Bölgədəki vəziyyətin bir neçə ildir bənzər bir gərginləşməsi olmayıb və mövcud gərginlik Azərbaycan və Ermənistan arasındakı münasibətlərdəki gərginliyi göstərir.

Hazırda vəziyyət son dərəcə gərgin olaraq qalmaqdadır, Ermənistan tərəfi Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Buna baxmayaraq hazırki vəziyyət tamamilə Azərbaycan ordusunun nəzarətindədir.

Beynəlxaq təşkilatlar buna öz münasibətlərini bildirməli, Ermənilər tərəfindən aparılan təxribatlara son qoyulması üçün onlara siyası təzyiqlər göstərməlidirlər. Düşünürəm ki, hazırki vəziyyətdə beynəlxalq vasitəçilərin olması tələb olunur.

Azərbaycan xalqı əmin olmalıdır ki, Azərbaycan ordusu Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.

Dünən, 14 iyul axşamı bir qrup şəxlər tərəfindən törədilən pozuntu halları qəbul edilməzdir və biz bu dönəmdə çox diqqətli olmalıyıq. İnsanlar, hakimiyyətlə birlik nümayiş etdirməli və həmrəy olmalıdır. Azərbaycanin qanunlarının aliliyi qorunmalıdır.