28 Aprel 2024
Azərbaycan Ordusunun hərbi maşınlarında “Z” işarəsi? – “Həmin hərfi əlifbadan çıxaraq?”

Azərbaycan Ordusunun hərbi maşınlarında “Z” işarəsi? – “Həmin hərfi əlifbadan çıxaraq?”

21 Sentyabr 2022
Baxış: 623

Sosial şəbəkələrdə Azərbaycan Ordusuna aid avtomobil karvanının görüntüləri yayılıb. Bəzi istifadəçilər videoya diqqətlə baxdıqda hərbi maşınların üzərində “Z” işarəsinin görüldüyü iddia ediblər.

AJMEDİA.İNFO-nun məlumatına görə, bununla bağlı hərbi ekspert Ədalət Verdiyev araşdırma apardığını deyib. O xatırladıb ki, Azərbaycan Ordusunun həm hava, həm də quru qoşun növləri qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib:

“Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub - texnikaların üstünə və yanlarına. Fotolardan göründüyü kimi, adi “Z”dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib”.

Ekspert qeyd edib ki, hərbiçilərimizin istifadə etdiyi simvollar heç bir ideoloji məna daşımır:

“Bu, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil. Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərlə istifadə edirsə, bu, o demək deyil ki, biz həmin hərfləri əlifbamızdan çıxarmalıyıq. Odur ki, hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək-dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq”.

(sfera.az)