27 Aprel 2024
Azərbaycan jurnalistikasının yaranmasından 146 il keçir

Azərbaycan jurnalistikasının yaranmasından 146 il keçir

22 İyul 2021
Baxış: 633

Azərbaycan jurnalistikasının yaranmasından 146 il keçir.

Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabi idi. Məhz onun fədakarlığı, gərgin əməyi sayəsində Azərbaycanın ilk qəzeti olan ana dilində "Əkinçi" qəzeti 1875-ci il iyulun 22-də çapdan çıxmışdı.

O dövr üçün Azərbaycan ziyalısının belə bir iş görə bilməsi mütərəqqi hadisə idi. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, bu qəzet Azərbaycan xalqının maarifçiliyində, milli ruhun oyanışında milli birliyin formalaşmasında mühüm rol oynadı. Sonralar bu qəzetin geniş oxucu toplaya bilmesi o zamankı rus hakim dairələrini ciddi narahat etdiyindən qəzet iki il sonra bağlanmışdı. "Əkinçi" Azərbaycan mətbuatının ilk qaranquşu idi. "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər əldə edilmişdi. Azərbaycan ziyalıları bu sahəyə geniş maraq göstərməyə başlamışdı. XIX əsrin sonlarında "Ziya" (1879), Kəşkül (1880), Kaspi (1880-90) çap edilməyə başlamışdı.XX əsrin əvvəlində C Məmmədquluzadə, S Hüseyin, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın meydana gəlməsi və inkişafı uğurunda gərgin mübarizə aparırdılar. Məhz onların bu fəaliyyəti öz nəticəsində "Şərqi rus" (1903), "Həyat" (1905) , "Açıq söz" (1915), Azərbaycan (1918) kimi milli, demokratik ruhlu qəzetlər meydana gəldi. Bu mətbu orqanların hesabına Azərbaycanda o dövr üçün yüzlərlə azərbaycanlı ziyalı gənclər yetişdi. Onlar mütəmadi olaraq bu qəzetlərdə yazılar yazır və xalqı maarifləndirirdilər. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli -mənəvi dəyərlərə qayıdış milli mətbuat sahəsində də özünü göstərdi. Bugün Azərbaycanda yüzlərlə qəzet, jurnal- mətbu orqanlar fəaliyyət göstərir və hər il 22 iyul milli mətbuatın yaranması günü kimi qeyd edilir .

Bayramınız mübarək olsun həmklarlar!

Aron Hanukayev

Teqlər: