29 Aprel 2024
Azərbaycan hərbçiləri Gorus-Qafan yolunun açılmasını istəyən ermənilərlə danışıqlardan İMTİNA ETDİ

Azərbaycan hərbçiləri Gorus-Qafan yolunun açılmasını istəyən ermənilərlə danışıqlardan İMTİNA ETDİ

27 Avqust 2021
Baxış: 854

Azərbaycan tərəfi Qafan-Gorus yolu ilə bağlı ermənilərlə danışıqlardan imtina edib.

AJMEDİA.İNFO bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, yolun açılması ilə bağlı Sünik qubernatorunun müavini Kamo Avanesyan Azərbaycan hərbçiləri ilə görüşmək istəyib, lakin hərbçilərimiz bu görüşə razılıq verməyiblər.

Azərbaycan tərəfi yalnız Rusiya ilə danışıqlar aparacağını bildirib.

Məlumatda o da qeyd olunur ki, İran-Ermənistan dövlətlərarası yolunu Azərbaycan hərbçiləri bağlayıb. Hazırda İran və Ermənistana məxsus maşınlar problemin həll olunmasını gözləyirlər. (Demokrat.az)