29 Aprel 2024
Azər Qazıyev vəzifədən AZAD EDİLDİ

Azər Qazıyev vəzifədən AZAD EDİLDİ

27 Fevral 2024
Baxış: 840

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyev əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.

Bildirilib ki, buna səbəb A.Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərdir.

Qeyd edək ki, Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb.(Report)