29 Aprel 2024
Avstriya Qərbi Balkan ölkələrinə səyahət ilə bağlı ən yüksək xəbərdarlığı elan edib

Avstriya Qərbi Balkan ölkələrinə səyahət ilə bağlı ən yüksək xəbərdarlığı elan edib

01 İyul 2020
Baxış: 407

Avstriya hökuməti iyulun 1-dən etibarən Qərbi Balkan ölkələrinə səyahətlə bağlı (Bosniya və Herseqovina, Serbiya, Albaniya, Kosova, Şimali Makedoniya və Monteneqro) ən yüksək səyahət xəbərdarlığı elan edib.

AJM xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda Avstriya vətəndaşlarına bu ölkələrə vacib olmayan səfərləri təxirə salmaq, eləcə də hazırda bu ölkələrdə olan şəxslərə ən qısa zamanda geri dönməyi tövsiyə edib. Buna əsas səbəb kimi hazırda Avstriyada bu regiondan gələn şəxslərdə COVID-19-a yoluxma hallarının aşkarlanması göstərilib. Eləcə də Sloveniya və Xorvatiyada Qərbi Balkandan idxal olunan yoluxma halları Avstriyanı ehtiyat tədbirlərini gücləndirməyə vadar edib.

Ən yüksək, yəni 6-cı dərəcəli səyahət xəbərdarlığı qeyd edilən ölkəni tərk etməyə və ya həmin ölkəyə səfər etməməyə dair rəsmi çağırışdır. Həmin ölkələrdən Avstriyaya geri dönən şəxslər mütləq qaydada 14 günlük özünütəcrid etməli və ya testdən keçməlidirlər.

Teqlər: Avstriya