28 Aprel 2024
Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson: Azərbaycan ümumAvropa qaz tədarükçüsüdür

Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson: Azərbaycan ümumAvropa qaz tədarükçüsüdür

03 May 2023
Baxış: 387

Azərbaycan ümumAvropa qaz tədarükçüsüdür. Bu barədə Avropanın enerji komissarı Kadri Simson öz Twitter səhifəsində yazıb.

“Bu gün mən strateji tərəfdaşlığımızı müzakirə etmək üçün Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Aİ-Azərbaycan Enerji Dialoqunu təşkil etdim. Azərbaycan ümumAvropa qaz tədarükçüsüdür. Amma bizim əməkdaşlığımız qaz sahəsindən də kənara çıxır, çünki bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var”, deyə o, yazıb.

Simson qeyd edib ki, Avropa bu qışdan qaz anbarının yarısı dolu, daha stabil qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla çıxıb.

“Biz buna Aİ ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın köməyi sayəsində nail olmuşuq. Hər ikimiz strateji tərəfdaşlığımızı həyata keçirmək əzmindəyik”, - deyə Avropa komissarı əlavə edib. AJMEDİA.İNFO