08 May 2024
Avropada ən ucuz və ən bahalı benzin harada satılır? – Tam siyahı

Avropada ən ucuz və ən bahalı benzin harada satılır? – Tam siyahı

07 Mart 2024
Baxış: 972

Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Azərbaycan 4-cü sırada qərarlaşıb.
AJMEDİA.İNFO
məşhur “Autotraveler” portalının fevral ayı üçün açıqladığı məlumata istinadən xəbər verir ki, “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiya olub. Şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,53 avro (98 qəpik) təşkil edib.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,16 avroya (4 manat) satılıb.
Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 2 manata (1,1 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus. Gürcüstanda isə “Aİ-95” markalı benzinin qiyməti Azərbaycanla eynidir – 1,1 avro.
Fevral ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin orta qiyməti aşağıdaki kimi olub:

Rusiya – 0,53 avro
Belarus – 0,68 avro
Gürcüstan – 1,1 avro
Azərbaycan – 1,1 avro
Türkiyə– 1,2 avro
Ermənistan – 1,21 avro
Bosniya və Herseqovina – 1,24 avro
Ukrayna – 1,24 avro
Moldova – 1,29 avro
Malta – 1,34 avro
Şimali Makedoniya – 1,35 avro
Bolqarıstan – 1,36 avro
Kipr – 1,37 avro
Rumıniya – 1,41 avro
Andorra – 1,44 avro
Sloveniya – 1,45 avro
Xorvatiya – 1,45 avro
Litva – 1,47 avro
Çexiya – 1,50 avro
Polşa – 1,50 avro
Monteneqro – 1,53 avro
Lüksemburq – 1,56 avro
Serbiya – 1,57 avro
Avstriya – 1,58 avro
Macarıstan – 1,58 avro
İspaniya – 1,60 avro
Böyük Britaniya – 1,61 avro
Slovakiya – 1,62 avro
İsveç – 1,65 avro
İrlandiya – 1,66 avro
Latviya – 1,66 avro
Estoniya – 1,69 avro
Belçika – 1,72 avro
Portuqaliya – 1,78 avro
Finlandiya – 1,78 avro
Albaniya – 1,80 avro
Almaniya – 1,84 avro
İtaliya – 1,86 avro
Fransa – 1,87 avro
İsveçrə – 1,88 avro
Danimarka – 1,90 avro
Yunanıstan – 1,90 avro
Norveç – 1,96 avro
İslandiya – 2 avro
Niderland – 2,16 avro

Yeniavaz.com