29 Aprel 2024
Avropa Parlamenti Azərbaycanı Laçın dəhlizini dərhal açmağa çağıran qətnamə qəbul edib

Avropa Parlamenti Azərbaycanı Laçın dəhlizini dərhal açmağa çağıran qətnamə qəbul edib

20 Yanvar 2023
Baxış: 418

Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa və Laçın dəhlizi boyunca sərbəst hərəkəti bərpa etməyə çağırıb.

Bu gün Avropa Parlamenti Azərbaycanın Ermənistana qarşı “sentyabr təcavüzü”nü və Laçın dəhlizinin “qanunsuz blokadasını” pisləyən qətnamə qəbul edib. Avropa Parlamentinin deputatları Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar və rəsmi Bakını qoşunları çıxarmağa və hərbi əsirləri azad etməyə çağırıblar.

Avropa Parlamenti həmçinin Azərbaycan hakimiyyətindən “Laçın dəhlizi boyunca sərbəst hərəkəti dərhal bərpa etməyi” tələb edib.

Sənəddə qeyd olunur ki, “Laçın dəhlizinin bağlanması ciddi humanitar böhrana səbəb olub. Baş verənlər həm də Ermənistanla Azərbaycan arasında sülh prosesini ləngidir və beynəlxalq etimadı sarsıdır”.

Avropa Parlamenti Azərbaycana çağırış edib:

9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata hörmətlə yanaşmaq və həyata keçirmək və dərhal Laçın dəhlizini açmaq və Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etməli olan hərtərəfli sülh sazişinin zəruriliyini vurğulamaq;

Yerdə humanitar vəziyyəti qiymətləndirmək üçün BMT və ya ATƏT-in faktaraşdırıcı missiyasını Laçın dəhlizinə göndərilməsi;

AJMEDİA.İNFO xəbər verir ki, JAMnews siyasi müşahidəçi Hacı Namazovdan bu qətnaməyə münasibət bildirməyi xahiş edib. Onun sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi rəsmi Bakının dəfələrlə və müxtəlif səviyyələrdə səsləndirdiyi məlum faktlara ziddir:

“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin haradan keçdiyini heç kim dəqiq bilmir. İndiyə qədər bu xətt praktikada mövcud olan heç bir metodologiya ilə məhdudlaşdırılmayıb.